Efiopiyadakı hərbi münaqişələr və siyasi gərginliklər səbəbi ilə Şimali Sudana köçən qaçqınların sayı 64 minə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Şimali Sudandakı qaçqınların sayı 1 milyonu keçib. İnsanların həyat şəraiti olduqca acınacaqlıdır. Beynəxalq humanitar təşkilatlar bir neçə dəfə dünya birliyinə qaçqınlara yardım edilməsi ilə bağlı müxtəlif çağırışlar edib.
Hazırda Efiopiyanın Tiqray bölgəsində silahlı qruplaşmalar və mərkəzi hökumət arasında toqquşmalar davam edir.