AnTuTu platforması prosessor, qrafik vahid və RAM kimi meyarları nəzərə alaraq ən güclü Android smartfonunu açıqlayıb.

Unikal.org  xəbər verir ki, Xiaomi şirkətinin istehsal etdiyi "Black Shark"ın hələ buraxılmayan yeni modeli ilk sırada qərarlaşıb. "Black Shark" 4-ün AnTuTu xalı 788.505 olub və ən güclü Android smartfon seçilib. Bu yerin əvvəlki sahibi IQOO 7 isə AnTuTu qiymətləndirməsindən 752.935 bal toplamışdı. Həmçinin bu yaxınlarda rəsmi təqdim olunan Xiaomi Mi 11 eyni testdən 742.942 bal qazanıb.

Sözügedən testlə "Black Shark2 4-ün bəzi texniki xüsusiyyətləri də məlum olub. Cihaz "Qualcomm"un yeni qabaqcıl prosessoru "Snapdragon" 888 ilə təchiz ediləcək. Telefon 8 GB LPDDR 5 RAM, 128 və 256 GB olmaqla iki fərqli yaddaş tutumuna sahib olacaq.