Brazilyada təbiət seyrinə çıxan şəxs ölümdən son anda qurtulub.
Unikal.org xəbər verir ki, nə olacağını bilmədən təpədə təbiəti seyr edən Braziliya vətəndaşı, "Təbiət nə qədər mükəmməldir",- deyə ətrafı telefona çəkməyə başlayıb. Bu zaman təbiət hadisəsi baş verib. İldırımın yerə çaxması nəticəsində şəxs yerə yıxılıb. Həmin anları qeyd edən brazilyalı videogörüntüləri sosial media hesabında paylaşıb.