Macarıstanda 100 mindən çox ev quşu quş qripi təhlükəsi ilə məhv edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstanın Bakskiskun bölgəsində bir neçə fermada quş qripi (H5N8 virusu) aşkar edilib. Həmin fermaların ətrafı 10 kilometr boyunca karantin zonası elan edilib və giriş-çıxış yasaqlanıb.

Həmçinin preventiv tədbir kimi həmin regionda təlükəsizlik məqsədilə 101 minə yaxın ev quşu yandırılaraq məhv edilib. Fermerlərə kompensasiyanın ödənəcəyi bildirilir.