Dünya şöhrətli müğənni Şakira bütün mahnılarının müəllif hüququnu "Hipgnosis Songs Fund Limited" şirkətinə satıb.
Unikal.org xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Bildirilib ki, şirkət sənətçinin 145 mahnıdan ibarət musiqi kataloqunu çərşənbə günü alıb.
Şakiranın bəstələrini hansı qiymətə satdığı isə hələlik məlum deyil.