Azərbaycanda ən yaşlı qadın və kişi pensiyaçının adları açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bu gün ölkəmizdə yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir. Onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır.
Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır.
Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır.