Sabah, yanvar ayının 16-sı səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", məlumatda bildirilib.