Taylandlı tələbə hökumət və monarxiya əleyhinə nümayişlər zamanı Kral Maha Vajiralongkornun portretini zədələdiyi üçün həbs edilib.
Unikal.org xəbər verir ki, Tayland hökuməti, anti-monarxiya nümayişlərinə qatılanları cəzalandırmaq üçün "Krala xəyanət" (les-majeste) qanununu yenidən qəbul edib.
Belə ki, 21 yaşlı universitet tələbəsi "Krala xəyanət" qanununa əsasən tutulan ilk etirazçı olub. Paytaxt Banqkokdakı Tammasat Universitetində oxuyan Siriçai Nathuanq, hökumət əleyhinə və anti-monarxiya etirazları zamanı Kral Maha Vajiralongkornun portretlərindən birini sprey boya ilə zədələdiyi üçün saxlanılıb. Tayland Cinayət Məcəlləsini "Krala xəyanət" cinayətini tənzimləyən maddəyə uyğun olaraq tələbəni 15 il həbs cəzasına məhkum edib.