Rusiyada həbs olunmuş müxalifətçi Aleksey Navalnının vəkilləri yanına buraxılmayıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, zəhərlənəndən sonra müalicə aldığı Almaniyadan Rusiyaya qayıdan kimi saxlanılmış müxalifətçiyə vəkilləri ilə görüşmək üçün icazə verilməyib.

Belə ki, vəkilləri Olqa Mixaylova və Vadim Kobzev Navalnı ilə görüşmək üçün Rusiya DİN-in onun saxlandığı idarəsinə gəliblər. Lakin onlara görüşməyə imkan verilməyib.