Dünayaca məşhur hollivud ulduzu Keyt Uinslet illər əvvəl çəkildiyi “Titanik” haqqında etiraflar edib.
Unikal.org xəbər verir ki, 45 yaşlı aktrisa baş rollarını Leonardo Di Kaprio ilə paylaşdığı “Titanik”də rol almağın ona yaramadığını deyib. İnsanların böyük əkəsriyyəti bu rolun Keytə şöhrət və məşhurluq qazandırdığını zənn etsə də, aktrisa daim ingilis mediasının təzyiqi ilə qarşılaşdığını dilə gətirib:
“Belə halın baş verməsi çox məyusedicidir. Mənə qarşı edilən təzyiqdən depressiyaya düşdüm. Bunun dəhşətli bir hal olduğunu qəbul etməyə çalışırdım. Əlbəttə, zaman gəldi bu da keçdi. Lakin əgər mənə desəydilər ki, məşhur olacaqsan və belə haqsızlıqla qarşılacaqasan, qəbul etməzdim”.
Qeyd edək ki, məşhur ulduza “Titanik”dən sonra da böyük layihələrdən ona rol təklifi gəldiyini, lakin bu təzyiqlərə görə çəkilmək istəmədiyini bildirib.