Peruda 5,5 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Makrona şəhərindən 62 km uzaqlıqda, yerin 42 km dərinliyində yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.