Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qazaxıstan tərəfindən Azərbaycan pomidor məhsullarına tətbiq olunan məhdudiyyətlə bağlı açıqlama yayıb.
AQTA-dan Unikal.org-a verilən məlumata görə, Qazaxıstan Respublikası tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlə bağlı bildirilib ki, ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə bağlı cari ilin 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub.
Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə tədqiqatlar aparılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.