"Parlaq Ermənistan" fraksiyası bu gün parlamentin növbədənkənar iclasında Ali Məhkəmə Şurası üzvlərinin seçkisini boykot edib.
Unikal.org xəbər verir ki, fraksiya üzvləri keçmiş hərbi prokuror Qaqik Cangiryanın namizədliyinin müzakirəsi başlayanda iclas salonunu tərk ediblər.
Deputat Taron Simonyanın sözlərinə görə, onlar əvvəlcə müxalifətin məhkəmə və hüquqi islahatlardakı roluna məhəl qoyulmadığını söyləyiblər. Hətta Ali Məhkəmə Şurasının üzvlüyünə müxalifətdən bir namizəd irəli sürmək cəhdlərinə hakim "Mənim addımım" bloku tərəfindən imkan verilməyib.
"Bu gün yenidən müxalifətlə müzakirələr aparmadan namizədlər irəli sürülüb. Təbii ki, bu cür davranışlara dözə bilmərik və bu prosesdə iştirak etmirik".
Fraksiya qərarı siyasi adlandırıb.