Türkiyədə son sutka ərzində 129 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 7279 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 25 605, virusa yoluxanlar isə 2 457 118 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 340 216 pasiyent (son sutkada 8902 nəfər) sağalaraq evə buraxılıb.