Ermənistanın sabiq dövlət başçısı Robet Koçaryan Rusiyaya səfər edir.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Koçaryanın ofisindən məlumat verilib.
Onun təyyarəsinin paytaxt Moskva şəhərinə uçacağı bildirilib. Səfərin məqsədi və detallar hələlik açıqlanmayıb.
Xatırladaq ki, məhkəmə Ermənistanın keçmiş prezidentinə qoyduğu ölkədən çıxış qadağasını 3-8 fevral tarixləri üçün aradan qaldırmışdı. Koçaryan sonuncu dəfə Rusiyaya ötən ilin dekabrında getmişdi.