İranda ötən sutka ərzində 6 820 nəfər koronavirusa (COVID-19) yoluxub.
Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, halbuki ötən günün statistikasında İranda 6 597 nəfər koronavirusa yoluxduğu təsdiqini tapmışdı. Beləliklə İranda indiyədək koronavirusa yoluxanların sayı 1 431 416 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 865 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 72 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 58 110 nəfərə çatıb.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 223 197 nəfər koronavirusdan sağalıb, 9,39 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 124 rayon sarı, 306 rayon isə mavi zona hesab olunur.