Avropa Birliyinin iqtisadiyyatı 7 faizə yaxın kiçilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ümumi iqtisadi kiçilmə 6.4 faiz olub. Avrozonadakı kiçilmə isə 6.8 faiz olub.
Ekspertlər iqtisadi kiçilmənin səbəbini pandemiyanın yaratdığı sosial-iqtisadi təzyiqdə görürlər.Kiçilmə ÜDM və digər bütün iqtisadi indikatorlarda müşahidə edilib.
Almaniya, Avstriya, İspaniya, Portuqaliya, İtaliya və digər ölkələrin iqtisadi artım tempində də geriləmələ qeydə alınıb.