Türkiyənin Qocaəli ərazisində karantin qaydaları pozaraq doğum günü keçirən şəxslər saxlanılıb.
Unikal.org xəbər verir ki, Qocaəli Təhlükəsizlik Müdirliyi qrupları, "Rəsmi sənədlərdə saxtakarlıq" və "saxta bank və ya kredit kartı istifadə edərək faydalanma" ittihamı ilə 31 il həbs cəzasına məhkum edilmiş O.K. adlı şəxsidə əyləncə mərkəzində tutublar.
Belə ki, O.K adlı şəxs cinayətdən yayındığına və karantin qaydaları pozduğuna görə, hadisənin böyüməməsi üçün 3 polisə 123 min dollar pul təklif edib. Lakin polislər pulu rədd edərək, O.K və bir neçə şəxsi həbs edərək bölməyə aparıb. Şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Daha sonra dövlət qurumları rüşvətdən imtina edən polis məmurlarına təşəkkür edərək, hədiyyələr verib.