Türkiyə Milli Müdafiə Nazirliyi və Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatına qarşı hava əməliyyatı gerçəkləşdirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, İraqın şimalındakı Kandil bölgəsində keçirilən birgə xüsusi hava əməliyyatı ilə 10 PKK terrorçusu zərərsizləşdirilib.