Koronavirus səbəbilə immunitet sistemini gücləndirən təbii məhsullara maraq artıb.
Unikal.org xəbər verir ki, son zamanlar təbii qidalar sırasında "Udi hindi"yə təlabat çoxalıb. Belə ki, "Udi hindi" mikrobların bədəndən çıxarılmasına imkan verən xüsusiyyəti ilə diqqət çəkir.
"Udi hndi" Şərqi Asiyada eyniadlı ağacdan əldə edilir. Çində sıx görülən bu ağac, bütün fəsillərdə yarpaqları olan və mövsümi keçidlərdən təsirlənməyən bir növdür. Bitkinin digər adı ud ağacıdır.
"Udi hindi" kosmetika sənayesindən ənənəvi təbabətə qədər bir çox sahədə istifadə olunur. "Udi hindi"ni düzgün istifadə edildiyi təqdirdə, immunitet sisteminin güclənməsinə, mikrobların bədəndən çıxarılmasına və bir çox xəstəliyin müalicəsinə kömək edir. Daha çox yağ və toz şəklində istehlak olunur. "Udi hindi" tozu, saf zeytun yağı, bal, zəncəfil, darçın və limon istifadə edərək hazırlanan yağı immunitet sistemini gücləndirməkdə çox təsirli olur.
Bilinən ən güclü təbii antibiotiklərdən biri olan "Udi hindi" , müntəzəm istifadə edildiyi təqdirdə mikrobların bədəndən çıxarılmasında çox faydalıdır.
İltihab və infeksiyalara qarşı faydalıdır: Xüsusilə pudralı udi hindi bitkisi bal ilə qarışdırılaraq istehlak edildikdə antibiotik xüsusiyyətləri qazanır.
Boğaz ağrısı və burun axıntısına qarşı təsirli: Boğaz ağrısı və boğazın yumşalması səbəbindən ümumi iltihab vəziyyətlərində təsirli olur. Bəlğəm problemi olanlar ud hindidən istifadə edərək tənəffüs yollarını rahatlaşdıra və burun tutulmasının kimi problemlərin qarşısını ala bilər.
Gülayə Mecid