Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahının yaxınlığında dron əleyhinə torlar quraşdırılıb.

"Unikal" xəbər verir ki, dron əleyhinə torlar Novqorod vilayətində, Valday şəhəri yaxınlığındakı M-10 magistral yolundakı yük maşınlarının dayanacaqlarının üzərində yerləşdirilib. Quraşdırma yeri Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahından təxminən doqquz kilometr məsafədədir.

Bu cür qoruyucu torlar döyüş zonalarında geniş istifadə olunur. Onlar obyektləri kiçik pilotsuz uçuş aparatlarından və ya dronların atdığı sursatlardan qorumaq üçün nəzərdə tutulub.