ABŞ Dövlət Katibi Marko Rubio Ermənistanın Baş naziri Nikol Paşinyanı partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. 

"Unikal" xəbər verir ki, o, İrəvanın "sülh gündəliyi"ni dəstəklədiyini deyib.

"Baş nazir Nikol Paşinyanı partiyasının yenidən seçilməsi münasibətilə təbrik edirəm. ABŞ sülh naminə Baş nazir və Ermənistanın yanındadır", - deyə Rubio bəyanatında bildirib.

Dövlət katibi qeyd edib ki, Vaşinqton TRIPP layihəsinin həyata keçirilməsi də daxil olmaqla, "tarixi Vaşinqton Sülh Zirvəsinin" məqsədlərini irəli aparmağa sadiqdir.

Rubionun sözlərinə görə, ABŞ Cənubi Qafqazda və ondan kənarda sülhün, sabitliyin və rifahın təmin edilməsi üçün Ermənistan hökuməti ilə işləməyə davam etməyi səbirsizliklə gözləyir.