Avropa Birliyi yetkin yaşda olan əhalinin 70 faizini vaksinasiyadan keçirməyi planlaşdırır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, AB Komissiyasının təmsilçisi Ursula Vonder Leyen İtaliyanın "La Republika" nəşrinə müsahibə verərkən danışıb.
O qeyd edib ki, ilkin mərhələdə 33 milyon və 55 milyon dozalıq vaksin tədarükü və vaksinasiya prosesinin davam etdirilməsi nəzərdə tutulub. Həmçinin bildirilib ki, vaksinasiyanın tam həyata keçirilməsindən sonra pandemiya ilə mübarizənin effektivliyi özünü göstərəcək.