Xəbər verdiyimiz kimi, həbs olunmuş rusiyalı müxalifətçi Aleksey Navalnının bu gün Moskvada məhkəməsi keçirilir.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bir neçə saatdır gedən məhkəmə prosesi hələ də davam edir.
Aleksey Navalnı məhkəmədə çıxış edərkən dərhal azadlığa buraxılmasını tələb edib. Həmçinin şahidlər dindirilib, dövlət ittihamçısı çıxış edib və müdafiə tərəfi öz mövqeyini ifadə edib. Məhkəmə davam edir.