Moskvanın Simonovski məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin müraciəti əsasında müxalifətçi Aleksey Navalnı barəsində yeni qərar qəbul edib.
Unikal.org xəbər verir ki, məhkəmənin qərarına əsasən, Aleksey Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yanvarın 17-də Almaniyadan qayıdan Navalnı həmin gün hava limanında saxlanılıb. O, maliyyə fırıldaqçılığında ittiham olunur.