Türkiyənin daxili işlər naziri Süleyman Soylu "Twitter" şəbəkəsini boykot edərək "Telegram"a keçdiyini bəyan edib.

Unikal.org xəbər verir ki, nazir hər kəsi bu addımı atmağa çağırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl "Twitter" nazirin Kəbənin şəklini yerə atanlarla bağlı paylaşımını silib. Soylu buna etiraz olaraq "Twitter" sosial şəbəkəsindən imtina edib.