Çexiyanın Podoli kəndində (Beneşov rayonu) yerləşən təsərrüfatlardan birində quş qripinin yeni ştammı H5N8 aşkarlanıb.
Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Məlumata əsasən, quş qripinin yeni ştammı 25 toyuğun ölümünə səbəb olub, təsərrüfatdakı digər 20 toyuq və 6 ördək zəruri epidemiya təhlükəsizliyi qaydalarına uyğun olaraq baytarlar tərəfindən öldürüləcək.
Qeyd edilir ki, quş qripinin yeni ştammına insanların yoluxma riski çox aşağı qiymətləndirilir.