Yaponiyanın baş naziri Suqa Yoşihide ölkədə koronavirusa qarşı vaksinasiya prosesinin başladılmasından danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, S.Yoşihide fevralın ortasından vaksinasiyanın başlayacağını anons edib. O qeyd edib ki, 126 milyonluq əhaliyə malik ölkənin 100 faizə yaxının vaksin olunması hədəflənir.

"Vaksinasiyada digər ölkələrdən geri qalırıq. Bu məsələni tezliklə həll etməliyik", - deyə Yaponiya baş naziri bəyan edib.