"Amazon" şirkətinin rəhbəri Ceff Bezos postunu tərk edəcəyini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Amazon"un rəhbəri bu ilin son rübündə vəzifəsindən gedəcəyini bildirib.

Ceff Bezosun yerinə gələcək şəxs də məlumdur. Endi Cessi onu əvəzləyəcək. C.Bezos həmçinin şirkətin 2020-ci ilin axırıncı rübü üçün gəlirlərini də açıqlayıb. Bildirilib ki, şirkətin bu dövr ərzində gəliri 100 milyard dolları keçib.