Dünyada koronavirusa qarşı vaksin olunan insanların sayı ümumi yoluxma sayını keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya başlayandan bəri dünyada COVID-19-a ümumi yoluxma sayı ilk dəfə vaksinasiya prosesindən keçən insanların sayından geri qalıb.

Belə ki, bu günə olan məlumata görə, dünyada vaksin olunan şəxslərin sayı 105.1 milyon nəfəri keçib. Koronavirusa yoluxma sayı isə 103.9 milyon nəfər təşkil edib.