ABŞ-ın keçmiş və indiki  birinci xanımlar arasındakı isti münasibət yeni bir hədiyyə ilə gündəmə gəlib.  

Unikal.org xəbər verir ki, hazırkı birinci ledi Cil Bayden Ağ Evin bağında yetişən tərəvəzlərdən ibarət səbəti Mişel Obamaya hədiyyə göndərib.  Belə ki, Cilin hədddiyəsini qəbul edən M. Obama, "Bu gözəl səbət üçün möhtəşəm birinci xanıma minnətdaram! Ağ Ev bağından bu təzə tərəvəzlər çox gözəl və ləzzətli bir sürpriz oldu. Səni sevirəm Cil",-deyə təşəkkürünü bildirib.  

Bununla yanaşı, Cil Baydenin dövlət kanallarının birinə verdiyi açıqlamada Mişellə aralarında yaxın bağ olduğunu dəfələrlə vurğulayıb.