Ukrayna parlamentindəki müxalifət partiyalarından biri ölkə prezidenti Vladimir Zelenskinin impiçment edilməsi tələbi ilə çıxış edib

Unikal.org xarici KİV-ə itinadən xəbər verir ki, "Müxalifət Platforması - Həyat üçün" siyasi qüvvəsi Zelenskinin impiçment prosedurunun başladılması məsələsini qaldırıb.

Bu siyasi qüvvə Rusiyayönümlü xətti ilə seçilir. Lakin siyasi ekspertlər Zelenskinin impiçmentinin real məsələ olmadığını hesab edirlər. Bu addım müxalif siyasi qüvvənin sadəcə gündəmə gəlmək üçün gördüyü iş kimi qiymətləndirilir.