Qazaxıstan kiril qrafikalı əlifbadan imtina etmək qərarı alıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan latın qrafikalı yeni əlifbanın tərtib edilməsi işlərinə başlayıb. 1991-ci ildə müstəqilliyin qazanılmasından sonra bu məsələ zaman-zaman gündəmə gəlsə də, öz həllini tapmayıb. Lakin bu dəfə yekun qərarın verildiyi bildirilir.

Yeni əlifbanın hazırlanmasında Türkiyənin dilçi alimlərinin də iştirak edəcəyi deyilir.

Qeyd edək ki, Qazaxıstanda 1940-cı illlərdən bəri kiril əlifbası işlədilir.