Türkiyədə gün ərzində koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saatda 148 min 192 koronavirus testi aparılıb, onlardan 8 min 102-si müsbət çıxıb.
Gün ərzində 117 nəfər COVID-19-dan ölüb. Bununla ölənlərin sayı ümumilikdə 26 min 354-ə yüksəlib.
8 min 314 nəfər xəstəlikdən sağalıb ki, bununla da ümumi sağalanların sayı 2 milyon 387 min 384-ə çatıb. Ağır xəstələrin sayı 1523 təşkil edir.