Türkiyədə koronavirus infeksiyasının yeni mutasiyaları aşkar olunub.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində məlumat paylaşıb.
“Ölkəmizdə koronavirusun Britaniya ştammı ilə yanaşı, iki nəfərdə Cənubi Afrika, bir nəfərdə isə Braziliya növü aşkarlanıb. Xəstələr və onlarla əlaqədə olan insanlar xəstəxanalarda təcrid ediliblər”, - deyə nazir bildirib.