Neuralink layihəsi çərçivəsində meymunun çipləşdirilməsindən bir müddət sonra İlon Mask izləyicilərinə insanlarda neyro interfeys testlərinin bu ilin sonuna qədər başlamalı olduğunu bildirib.

Unikal.org  xəbər verir ki, milyarder şirkətinin inkişafının iflic, beyin zədəsi və yaddaş itkisi olan insanların normal həyata qayıtmasına kömək edəcəyindən əmindir.

İmplant insan başında tamamilə görünməz olacaq. Ehtimal olunur ki, çipləşdirildikdən sonra insanda yalnız kiçik bir çapıq qalacaq.

Qeyd edək ki, Maskın insan beyninə çiplər yerləşdirmək planı hamı tərəfindən xoş qarşılanmayıb.