Myanmada internet provayderləri hərbi hökumətin əmri ilə “Facebook” sosial şəbəkəsinə girişi müvəqqəti olaraq bağlayıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hazırda bəzi insanlar üçün sosial şəbəkəyə giriş qapalıdır.

"Biz səlahiyyətliləri Myanmadakı insanların ailələri, dostları ilə ünsiyyət qura bilməsi və vacib məlumatlara çıxış üçün əlaqəni bərpa etməyə çağırırıq", - deyə “Facebook” bəyan edib.

Bundan əlavə, ölkədə “Instagram”, “WhatsApp” da bloklanıb.

Qeyd edək ki, fevralın 1-də Myanmada hərbçilər çevriliş edib. Onlar bunu noyabr seçkilərində böyük miqyaslı saxtakarlıqlarla izah ediblər. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan olunub.