Myanmada hərbi xunta "Facebook" sosial şəbəkəsininin istifadə edilməsini qadağan edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, çevriliş nəticəsində formalaşan hərbi hakimiyyət ölkə ərazisində "Facebook" platformasından istifadəni yasaqlayıb.
Qərara əsasən, 7 fevraladək məhdudiyyət qüvvəyə minməlidir. Əsas mobil operator ve internet provayderi 23 milyon istifadəçinin "Facebook"la yanaşı, digər sosial şəbəkə və platformalara girişini də məhdudlaşdırıb.
Qeyd edək ki, fevralın 1-də ordu Myanmada 2020-ci ilin noyabrında keçirilmiş seçkilərin saxtalaşdırıldığını iddia edərək hərbi çevriliş gerçəkləşdirib. Prezident və bir çox nazir həbs olunub. Ölkədə faktiki idarəçilik baş qərargah rəisinin rəhbərlik etdiyi hərbi xuntanın əlindədir.