Hindistanın Mumbay şəhərində tədbir zamanı gülməli hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, tədbir iştirakçılardan biri su içmək əvəzinə dezinfeksiyaedici maddə içib. Belə ki, o, susadığı üçün masaya əyləşib və əlinə götürdüyü butulkanı başına çəkib.
Lakin şüşədəki mayenin dezinfeksiyaedici olduğunu başa düşərək dərhal tüpürüb. Ətrafdakı insanlar şəxsə su veriblər.
Həmin anlar iclasda gülüşlərə səbəb olub.