Rusiyada koronavirusa yoluxanların sayı 4 milyona yaxınlaşır.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, 16 714 yeni yoluxma qeydə alınıb. Ümumi yoluxma sayı 3 917 918 nəfərə çatıb.

COVID-19-dan sutka ərzində 521 ölümün qeydə alınması ilə ümumi ölüm sayı 75 205 nəfərə yüksəlib.