Afrika qitəsində əhalinin koronavirusa qarşı vaksin əldə etməsində böyük problemlər yaranıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünya üzrə qlobal vaksin əlçatanlığı proqramı (COVAX) vasitəsilə qitə ölkələrinin vaksinlə təmin olunması nəzərdə tutulsa da, müəyyən problemlər yaşanır.
Afrika İttifaqı beynəlxalq təşkilat kimi 1.3 milyard dozalıq vaksin tədarükünü sifariş edib. Bu miqdarda vaksinlər 60 faiz əhalinin vaksinlənməsi və kütləvi immunitetin formalaşdırılması nəzərdə tutulur. Lakin Afrika əhalisinin vaksinlə təminatının çatışmazlıq və digər regionların inkişaf etmiş ölkələrinin ehtiyacdan artıq vaksin tədarükü ucbatından gecikəcəyi proqnozlaşdırılır. Ən yaxşı halda sifarişlər bir neçə ilə tədarük edilə biləcək.
Vəziyyəti nəzərə alan bir sıra Afrika ölkələri artıq ikitərəfli münasibətlər və fərqli kanallar vasitəsilə vaksin tədarükü yollarını nəzərdən keçirirlər. Ən yoxsul ölkələrin vaksinlə təminatı məsələsi isə hələ də açıq sual olaraq qalır.