Gürcüstanda müxalif Lelo Partiyasının sədri Mamuka Xazaradze müxalifəti birləşməyə çağırıb.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, M.Xazaradze son parlament seçkilərinin nəticələrinə etiraz edən müxalif siyasi qüvvələrin əsas prinsiplərdə uzlaşaraq ittifaq yaratmasını təklif edib.
Lelo Partiyasının sədri bunun üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Qərb diplomatlarının mediatorluğunun fayda vermədiyini və ölkədə siyasi böhranın aradan qalxmadığını bildirən M.Xazaradze müxalifəti "Gürcü ruhu"na söykənərək birləşməyə çağırıb. Hazırda ilkin proseslərin başladıldığı bildirilir.