Əfqanıstanın Herat şəhərində yaşayan soydaşlarımızdan ana dilində danışan sonuncu şəxs vəfat edib.
Unikal.org xəbər verir ki, Əfqanıstanın Herat şəhərində yaşayan, türkcə danışan sonuncu soydaşımız Barat Əli Əfşar dünyasını dəyişib.
XVIII əsrdə Nadir şah dönəmində Qarabağdan Əfqanıstan ərazilərinə köçürülmüş türklərin nəsillərindən olan insanlar bu gün də Əfqanıstanda yaşayırlar. Əvvəllər yaşlı nəsil arasında ana dilini gündəlik ünsiyyət vasitəsi kimi istifadə edən insanlar olub. Lakin təəssüf ki, zamanla assimilyasiyaya uğrayan soydaşlarımız, xüsusilə gənclər ana dilində danışa bilmirlər. Dilimizdə danışan sonuncu Herat türkü Barat Əli Əfşar dünyasını dəyişsə də, hazırda gənclər arasında ana dilini öyrənməyə çalışan insanlar var.
Qeyd edək ki, Nadir şah Əfşar hakimiyyəti dövründə Bayat, Əfşar və başqa qızılbaş tayfalarının bir hissəsini dövlətin sərhədlərini qorumaq üçün bu bölgələrə köçürüb. Hazırda Əfqanıstanda həmçinin özbəklər, türkmənlər kimi türk xalqları da yaşayır.
Mərhum Barat Əli Əfşarın 2017-ci ilin dekabrında çəkilmiş ana dilində müraciətini təqdim edirik.
Coşqun Əli