Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana səfər edir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Nikol Paşinyanın Qazaxıstana səfəri nəzərdə tutulub.

Ermənistan baş naziri bu ölkədə Avrasiya İttifaqının hökumətlərarası şurasının toplantısında iştirak edəcək. Onun həmçinin Almatı şəhərində baş tutacaq foruma qatılması planlaşdırılır.