Ermənistan parlamentinin deputatı, müxalif Çiçəklənən Ermənistan Partiyasının təmsilçisi Naira Zohrabyan Nikol Paşinyanın mətbuatla bağlı qərarı ilə əlaqədar Venesiya Komissiyasına müraciət edəcək.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti bir müddət öncə mətbuatla bağlı yeni məhdudiyyətlər ehtiva edən layihə hazırlamışdı. Belə ki, media orqanlarının "Telegram" platformasındakı anonim müəllifli kanallara istinad edərək xəbərlər yayması yasaqlanmışdı. Qadağaya məhəl qoymayan KİV-lərin cərimələnməsi və digər inzibati tədbirlər də nəzərdə tutulub.
N.Zohrabyan Paşinyanın bu qərarının anti-konstitusion olduğunu bəyan edib və qərarla bağlı Venesiya Komissiyasına müraciət edəcəyini açıqlayıb. Bu barədə sosila şəbəkə hesabında yazan deputat bunları qeyd edib: "İndi də "supermen" söz azadlığını məhdudlaşdırmaq və informasiya ilə mübarizə aparmaq istəyir. O öz zövqünə görə mətbuatı tənzimləmək istəyir".