İranda ötən sutka ərzində 67 nəfər koronavirusdan (COVID-19) ölüb.
Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 256 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 040 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 445 326 nəfərə çatıb. Virus daşıyıcılarından 3 825 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 235 581nəfər koronavirusdan sağalıb.