Türkiyənin Ərzurum və Ağrı şəhərlərində qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu iki şəhərdə və ətraf ərazilərdə hava temperaturunun mövsümi normalardan yuxarı olması yüksək dağlıq ərazilərdə qar əriməsi ilə müşayiət olunur.
Bununla bağlı qar uçqunları təhlükəsi və ərimiş qara görə su basması ehtimalı yaranıb. Əhaliyə bununla bağlı xəbərdarlıq edilib və müraciətdə vəziyyətin nəzərə alınması tövsiyə olunub.