Braziliyada son sutka ərzində daha 56 873 nəfərin koronavirus infeksiyasına yoluxması, 1232 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 396 293 nəfər yoluxub. Bu müddət ərzində 228 795 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 291 763 xəstə müalicə olunaraq sağalıb.