Rusiyada vaksin hazırlanması ilə məşğul olan Qamaleya Mərkəzinin direktoru Aleksandr Qinsburq ölkədə vaksinasiya prosesi barədə danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Qinsburq kütləvi immunitetin formalaşması üçün əhalinin minimum 60 faizinin vaksinasiya prosesindən keçməli olduğunu bildirib.

O qeyd edib ki, bunun üçün kifayət qədər yerli istehsal hesabına vaksin tədarükü mümkündür. Qinsburqun sözlərinə görə, 2021-ci ilin ortalarınadək bu sayda əhalinin vaksin olunması mümkün olacaq.

"Rusiyada əhalinin 60 faizinin vaksin olunması ilin ortasınadək mümkün olacaq. Kütləvi immunitetin yaranması üçün əhalinin azı 60 faizi vaksin olunmalıdır", - deyə Qamaleya Mərkəzinin direktoru söyləyib.