İtaliyada Etna vulkanı yenidən püskürüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Siciliya adasında yerləşən Etna vulkanı püskürüb. 3 300 metr hündürlüyə malik olan vulkanın püskürməsi partlayışlarla müşayiət olunub. Lava ətraf ərazilərə yayılıb.

Etna vulkanı tez-tez aktivləşir. Sonuncu dəfə bir neçə gün öncə vulkan püskürmüşdü. Sonuncu genişmiqyaslı püskürmə isə 2002-ci ildə müşahidə edilmişdi.